Ancelina Coli və oğlu Maddoks Ağ Evdə
Dünya şöhrətli aktrisa Ancelina Coli böyük övladı Maddoks ilə birlikdə Ağ Evdə Cənubi Koreya lideri Yun Suk Yeolun şərəfinə verilən şam yeməyinə qatılıb.
Ancelina Coli böyük övladı Maddoksla birlikdə Ağ Evə özəl dəvətə qatılıb. 47 yaşlı “Oskar” laureatı 21 yaşlı oğlu Maddoks ilə Ağ Evdə prezident Co Bayden və həyat yoldaşı Cil Baydenin təşkil etdiyi dövlət şam yeməyində iştirak edib.
İllər əvvəl tikdirdiyi ağ paltarı və “Chanelin vintage” gödəkçəsindən ibarət üslubu ilə qatıldığı tədbirin ən diqqət çəkən adlarından biri olan Coli, oğlunun da smokində olduğu şəkilləri paylaşıb.
Cənubi Koreyanın şərəfinə verilən naharda Cənubi Koreya prezidenti Yoon Suk Yeol və həyat yoldaşı Kim Keon Hee də xüsusi qonaq qismində iştirak ediblər.
Ancelina Coliyə yaxın bir mənbə "People" jurnalına açıqlamasında "Asiya və Amerika əlaqələri Ancelina ailəsi üçün çox vacibdir. O və uşaqlar illərdir Cənubi Koreya da daxil olmaqla bölgə ilə sıx əlaqədədirlər.
Üçü bioloji, üçü də övladlığa götürülmüş altı uşağı olan Coli illər əvvəl Kambocadan Maddoksu övladlığa götürmüşdü. Coli Maddoksu 2002-ci ildə uşaq evində görmüşdü. Ancelina Coli müsahibəsində Kambocaya getməzdən əvvəl ana olmaq haqqında heç düşünmədiyini anlayıb. Coli bir dəfə Assicoated Press-ə verdiyi müsahibədə heç vaxt ana olmaq istəmədiyini və özünü ana kimi düşünmədiyini açıqlamışdı. Coli müsahibəsində “Qəribə bir vəziyyətdir... Mən heç vaxt uşaq sahibi olmaq istəməmişəm. Hamilə qalmaq istəmirdim. Mən özümü ana kimi düşünmürdüm”.
Əvvəlcə ana olmağı düşünməsə də, sonradan bu vəziyyət dəyişdi. O, 2000-ci ildə “Tomb Raider” filminin çəkilişinə getdiyi Kambocada uşaqlarla oynayarkən “Oğlum bəlkə də bu ölkədədir hardasa” deyə düşündüyünü söyləmişdi.
Murad Şahməmmədov































































































