"Forbes" jurnalına görə, 2022-ci ildə Beyons Amerikanın ən zəngin qadınlarının siyahısındadır

"Forbes" jurnalına görə, 2022-ci ildə Beyons Amerikanın ən zəngin qadınlarının siyahısındadır

7 May 2023 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Beyons bir neçə milyon dollar həcmində vergiləri və cərimələri ödəməkdə ittiham edilib

"Məşhur müğənni Vergilər Xidməti tərəfindən onun xeyriyyə fəaliyyətinin nəzərə alınmadığını iddia edir..."

ABŞ Vergilər Xidməti dünyada ən yüksək gəlirlər əldə edən xanım müğənnilərdən birini 2, 8 milyon dollar həcmində vergilərdən yayınmaqda ittiham edib.

Oxuməni.az xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Nəşrin sərəncamında olan sənədlərə görə, 2018-ci ildə Beyonsun dövlətə 805 min dollar, 2019-cu ildə daha 1, 4 milyon dollar borclu qalıb.

Bundan başqa, indi artıq məhkəmə qaydasında müğənni təkcə bu məbləği deyil, həm də illərlə toplanan 450 min dollar cərimələri də ödəməli olacaq.

Beyons ona qarşı irəli sürülən ittihamlara cavab olaraq Vergilər Xidmətinə qarşılıqlı petisiya verərək, Los-Ancelesdə məhkəmə araşdırması aparılması barədə sorğu göndərib.

Müğənni bu qərarın qəbul edilməsi zamanı Vergilər Xidməti onun xeyriyyə fəaliyyətinin nəzərə alınmadığını iddia edib.

Beyonsun hüquqşünasları iddia edir ki, müğənni 2018-ci ildə xeyriyyə məqsədləri üçün 868 766 dollar xərcləyib və bu, vergilərdən çıxarılmalıdır.

Öz petisiyasında Beyons həmçinin baxılan iki il ərzində onun məsrəfləri gəlirlərindən xeyli yüksək olduğunu, bununla da onun "əldə edilən vəsaitlərdən qanuni olaraq dövlətin büdcəsinə ödənişlər etmədiyini" nəzərə almağı xahiş edir.

"Biz Vergilər Xidmətilə işləyirik və bu məsələnin ən yaxın zamanlarda həll ediləcəyini gözləyirik", - bunu Beyonsun vəkiliçə Maykl Koen bəyan edib.

Xatırladaq ki, Beyons 2022-ci ildə "Forbes" jurnalının versiyasına görə Amerikanın ən zəngin qadınlarının siyahısına daxil edilib.

Nəşri məlumatına görə, o zaman müğənninin sərvəti 450 milyon dollar təşkil edib.

Yeri gəlmişkən, müğənninin əri populyar repçi Jay-Z daha böyük kapitalı ilə öyünə bilər.

2023-cü ilin martında musiqiçinin sərvəti 2, 5 milyard dollar təşkil edib, bu da "Forbes"in hesablamalarına görə, onu dünyada ən zəngin rep ifaçısına çevirib.Moderator.az