İlhamə Quliyevanın mahnısını səhv oxudu, tənqid edildi

İlhamə Quliyevanın mahnısını səhv oxudu, tənqid edildi

29 May 2023 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Səidə Dadaşovanın mərhum Xalq artisti İlhamə Quliyevanın "Neylərsən" mahnısını dəyişdirərək oxuması tənqid edilib.

Oxuməni.az xəbər verir ki, sənətçi bəstəni "Həmin Zaur" proqramında oxuyub. Aparıcı Zaur Kamal isə ona irad bildirib. O, sözlərin bir çoxunun səhv deyildiyini bildirib:

"Bu mahnının sözləri axı belə yazılmayıb. Sən niyə sözlərini dəyişdirmisən? Olmaz axı belə? Şair bunu belə yazıb. ulağımı sözlər deşdi. Çünki mən radio aparıcısıyam. Get, o mahnının o hissəsini düzəlt. Sözlər "Yarama məlhəm istəsəm, səndən imdad diləsəm" kimidir. Sən isə "Səndən imdad istəsəm" deyirsən".

Səidə isə ona "Allahdan hər bir şey istəmək olar. İmdad da diləyib, istəyirsən. Səhv yoxdur. Studiyaya girdim və gözlərimi yumub oxudum. O qədər ifaçı var ki, mahnını düzgün oxumurlar" cavabını verib.

Qeyd edək ki, sözügedən bəstənin sözləri Nuridə Atəşi, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Axşam.az