"Alla Puqaçova İsraildə xoşbəxt deyil və Moskvanın xiffətini çəkir..."

"Alla Puqaçova İsraildə xoşbəxt deyil və Moskvanın xiffətini çəkir..."

13 Avqust 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Alla orada xoşbəxt ola bilməz, o, Taqanka qızıdır, Moskvada doğulub, həyatı, gəncliyi burada keçib..."

Rusiyalı müğənni, Alla Puqaçovanın çoxdankı dostu Aleksandr Buynov əmindir ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan sonra ailəsi ilə İsrailə köçən Alla Puqaçova mütləq geriyə dönəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə o, "Empatiya Manuççi" proqramının efirində söyləyib. Məlumatı "next-stop.ru" nəşri yayıb.

Buynov Alla Puqaçovadan fərqli olaraq, Putini və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyir.

O, bəyan edib ki, o, hələ də xanım müğənni ilə dostcasına münasibətlər saxlayır, lakin Rusiya ilə İsrail arasında məsafənin böyük olması səbəbindən 40 illik dostluqda "hərarət azalıb".

Müğənni əmin edib ki, o, hələ də Puqaçova ilə yazışır, lakin onlar müharibə kimi siyasi mövzuları müzakirə etmir, Maksim Qalkinin müharibə əleyhinə kəskin fikirləri barədə isə ona heç nə bəlli deyil.

Buynovun sözlərinə görə, Qalkin və Puqaçova İsrailə gedəndən dərhal sonra o, əmin olub ki, Puqaçova hökmən evinə dönəcək.

"Mən belə düşünürəm ki, o, istirahətə gedib. Mən demişəm ki, o, bir aydan sonra geri dönəcək. Sonra yay gəlib... Daha sonra kimsə mənə deyir ki, hə, nə oldu? Mən də deyirəm: "Gözlə, yaydır, orada indi istidir, ola bilsin ki, payızda dönsün".

Dönmədi. Sonra mən demişəm ki, Alla dekabrda, orada, İsraildə havalar pisləşəndə, dəniz soyuyanda, yağışlar başlayanda dönəcək...Yenə də dönmədi...Yaxşı, demək, xoşuna gəlib", - Buynov xatırlayıb.

Müğənninin sözlərinə görə, Primadonna, guya, daima Rusiya barəsində düşünür və İsraildə özünü xoşbəxt hiss edə bilmir.

"O, xoşbəxt ola bilməz. Çünki o, Taqanka qızıdır... Moskvada, burada doğulub. Bütün həyatı, gəncliyi burada keçib. Mən onun evə dönməyəcəyini təsəvvür edə bilmirəm", - müğənni etiraf edib və izah edib ki, Puqaçova yalnız əri və övladlarına görə hələ də İsraildə yaşayır.

"Düşünürəm ki, o, orada özünü yaxşı hiss etmir. Darıxır desəm az olar. Mən onu hiss edirəm... Mənə elə gəlir ki, o yuxudan oyanır və onun üçün doğma olmayan bu palmaları görür", - Buynov "Puqaçovanın vətən həsrətini" belə təsvir edib.

O, əmin edib ki, Ukraynada müharibə başlayandan sonra İsrailə "qaçanlar" və "geri dönməyənlər" onun fikrinə güclü təsir edir. Buynov güman edir ki, onların hamısı Puqaçovanı konsertlərə, müxtəlif tədbirlərə dəvət edərək və, sadəcə, qonaq çağıraraq onun öz evində olması xülyasını yaradır.

"Onlar vəziyyəti elə göstərmək istəyir ki, onun gedəcəyi və kimlərləsə ünsiyyətdə olacağı yerlər var", - Buynov deyib və özü də yəhudi dövlətinə qastrollara gedib- getməyəcəyi barədə düşünüb. O, əmin olduğunu bildirib ki, İsraildə onun yaradıcılığının çoxsaylı pərəstişkarları yaşayır. Moderator.az