Selin Dion ağır vəziyyətdə: Dərmanlar da kömək etmir

Selin Dion ağır vəziyyətdə: Dərmanlar da kömək etmir

27 Avqust 2023 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır əzələ sərtliyi sindromundan əziyyət çəkən məşhur müğənni Selin Diona artıq dərmanlar da kömək etmir.

Bunu müğənninin bacısı deyib.

“Selin bacardığı qədər bu nadir xəstəlik üzrə birinci dərəcəli mütəxəssislərə qulaq asır. Düzünü desəm, ona dincəlmək lazımdır. Onun üçün reablitasiya proqramı seçməyə cəhd edirlər”, - bacısı bildirib.

Qeyd edək ki, Dion nadir rast gəlinən əzələ sərtliyi sindromundan əziyyət çəkir. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur. Xəstəlik inkişaf edərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.Kult.az