İqtisadi cəhətdən çətin günlər keçirən Serdar Ortaç öz mahnısını dinləyərək ağlayıb

İqtisadi cəhətdən çətin günlər keçirən Serdar Ortaç öz mahnısını dinləyərək ağlayıb

16 Avqust 2023 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi cəhətdən çətin günlər keçirən və son bir neçə gündə aliment ödədiyi keçmiş həyat yoldaşı Chloe Loughnan-ı hədəfə alan Serdar Ortaç avtomobili idarə edərkən öz mahnısına qulaq asaraq ağlayıb.

Mahnıları və konsertləri ilə adından söz etdirən Serdar Ortaç tez-tez sosial media hesabında canlı yayımlar açır, izləyiciləri ilə söhbət edir. Ötən günlərdə keçmiş həyat yoldaşını hədəf alan ifadələr işlədən Ortaç bir müddət əvvəl ağladığı anları yayımlayıb. Video sosial şəbəkədə sürətlə yayılsa da, müğənninin pərəstişkarlarını həmin anlar narahat edib.

Son zamanlar tez-tez açdığı canlı yayımlarla adından söz etdirən Ortaç avtomobilində Feryat adlı öz mahnısını dinləyərkən göz yaşlarına qərq olub. Müğənninin bu halını görən pərəstişkarları “Psixologiyada bitdi, yol göstərən yoxdu?” şərhini yazıblar.

Murad Şahməmməd