O, rolu üçün idmanla məşğul olmağa başlayıb

O, rolu üçün idmanla məşğul olmağa başlayıb

17 Avqust 2023 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni filmlə tamaşaçıların qarşısına çıxacaq Cessika Mey filmdəki rolunun hazırlıqlarına başlayıb. Gərgin səhnələrdə formada qalmaq və rahat olmaq üçün idmana başlayan Mey kikboksinq dərsi alarkən çəkdirdiyi fotoları da paylaşıb. "Formada qalmaq üçün həm idmanla məşğul oluram, həm də atlet Harun Güldən dərs alıram. Dərslər zövqlü keçir, amma çəkilişdən əvvəl ağır zərbə almamaq üçün bəzən müəllimimi aldadıram", - deyə Mey bildirib.

Xatırladaq ki, Türkiyədə yaşayan braziliyalı aktrisa Cessika Mey 5 dekabr 1993-cü ildə anadan olub. O, 5 dekabr 1993-cü ildə Braziliyanın Paranasiti şəhərində anası müəllim və atası fermer olan bir ailədə anadan olub. Anası Maria Aparecida May, atası Rogerio Drociunasdır. Onun Rocerio adlı bir qardaşı var. 15 yaşında fermasını tərk edərək Sao Paulo şəhərində məskunlaşaraq model olmağa başlayıb. O, aktyorluq karyerasına Show TV-də "Yeni Gəlin" serialında Bella obrazını canlandırmaqla başlayıb. 2019-cu ildə Dert Bende filmini çəkən Mey 2020-ci ildə ATV-də yayımlanacaq Maria ve Mustafa serialında Mariya obrazını canlandırıb. 30 iyun 2018-ci ildə Braziliyada fotoqraf Hüseyin Kara ilə evləndi.

Murad Şahməmməd