Melisa Aslı Pamuk Yusuf Yazıcı ilə münasibətini açıqlayıb

Melisa Aslı Pamuk Yusuf Yazıcı ilə münasibətini açıqlayıb

22 Avqust 2023 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gözəl aktrisa Melisa Aslı Pamuk bir müddətdir sevgili olduğu futbolçu Yusuf Yazıcı ilə münasibətini açıqlayıb. Pamuk sevgilisi ilə xaricdə tətildə çəkdirdiyi romantik pozalarını sosial media hesabında yayımlayıb.

Son olaraq Eqo serialında baş rolu canlandıran gözəl aktrisa Melisa Aslı Pamuk Fransanın "Lill" komandasında oynayan Yusuf Yazıcı ilə sevgili olub. Bir müddət Yazıcı ilə sevgili olan Pamuk sosial media hesabında paylaşdığı paylaşımla münasibətini açıqlayıb.

Melisa Aslı Pamuk ötən aylarda haqqında yayılan eşq dedi-qodularına sussa da, Yazıcı gözəl aktrisanın kadrını İnstaqram hesabından paylaşıb. Sevgilisinin paylaşımına səssiz qalan Pamuk 5,2 milyon izləyicisi olan İnstaqram hesabından xaricdə tətildə Yazıcı ilə çəkdirdiyi romantik kadrları paylaşıb. Sevgilisi ilə ortaq fotolar paylaşan gözəl aktrisa qeydlərə yalnız qara ürək emojisi qoyub.

Murad Şahməmməd