60 yaşlı Seda Sayan bu dəfə sinə nahiyəsini əməliyyat etdirib

60 yaşlı Seda Sayan bu dəfə sinə nahiyəsini əməliyyat etdirib

23 Avqust 2023 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Daha əvvəl dəfələrlə plastik əməliyyat keçirən Seda Sayan sinə nahiyəsindəki qırışlardan xilas olmaq üçün "Dekolte Canavarı" adlı bu proseduru etdirib. Sayan əməliyyatı izləyiciləri ilə bölüşməyi də unutmayıb. Şəxsi həyatı və estetikası ilə adından söz etdirən 60 yaşlı aparıcı və müğənni Seda Sayan istirahətindən sonra yenidən əməliyyat olub. İllərdir etdiyi hər proseduru İnstaqram hesabında açıq şəkildə paylaşan Seda Sayan sinə nahiyəsindəki qırışlardan xilas olmaq üçün "Dekolte canavarı", üzünə isə "Qızıl toxunuş" etdirib. 3,5 milyon izləyicisi olan İnstaqram hesabında həmin anları paylaşan Sayan, "Etdiyim hər şeyi dərc edirəm, gizlətmirəm" deyə bildirib.

Murad Şahməmməd