Rafet El Roman son müsahibəsində uşaq sahibi olmamaq üçün 10 il əvvəl əməliyyat keçirdiyini etiraf edib

Rafet El Roman son müsahibəsində uşaq sahibi olmamaq üçün 10 il əvvəl əməliyyat keçirdiyini etiraf edib

30 Avqust 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Son müsahibəsində uşaq sahibi olmamaq üçün 10 il əvvəl qısırlaşma əməliyyatı keçirdiyini deyən Rafet El Roman tənqidlərdən sonra susqunluğunu pozub. İllərdir bu mövzudan danışmadığını bildirən müğənni "Ümumiyyətlə bu yük həmişə qadınların üzərinə düşür. Sizdən təbrik gözləmirəm, amma düşünürəm ki, kişilərin bu məsuliyyəti üzərinə götürməsinin vaxtı çatıb".

Üç uşaq atası Rafet El Roman son müsahibəsində 10 il əvvəl qısırlaşma əməliyyatı keçirdiyini etiraf edib. Açıqlamasından sonra əks reaksiya alan müğənni sosial şəbəkə hesabında video paylaşaraq, "Həyatımızda heç nə gizli qalmayıb. Bu baxımdan kişi də məsuliyyət daşımalıdır".

Özündən 24 yaş kiçik Yasemin Gergeçlə yaşadığı sevgidən danışan Rafet El Roman artıq uşaq sahibi ola bilməyəcəyini bildirib. Qısırlaşma əməliyyatının etirafı ilə gündəmə gələn müğənni tənqidlərdən sonra İnstaqram hesabında yayımladığı videoda məndən "Yenə uşaq istəyirsən?" soruşurlar deyə bildirib. Dürüst və bütün səmimiyyətimlə cavab verdim. Həyatımızda heç nə sirr deyil. Axırda hamısı üzə çıxacaq. İstədim ki, insanlar məndən eşitsinlər. Cavabıma bəziləri normal reaksiyalarını bildirdilər. Yoxsa 10 ildir ki, bu məsələyə toxunmuram. Ümumiyyətlə, bu yük həmişə qadınların üzərinə qoyulub. Hazırda sizdən təbrik gözləmirəm, amma düşünürəm ki, kişilərin də bu məsuliyyəti öz üzərinə götürməsinin vaxtı çatıb”…

Murad Şahməmməd