51 yaşlı Defne Samyeli niyə qocalmır?

51 yaşlı Defne Samyeli niyə qocalmır?

1 Sentyabr 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

51 yaşlı Defne Samyeli gözəlliyi və bədən quruluşu ilə 20 yaşındakı kimi görünməyi necə bacarır? Az qala zamana meydan oxuyan Defne Samyeli Çinli tədqiqatçıların da diqqətini çəkib. Çinin əhəmiyyətli universitetlərindən biri olan Xiamen Universitetində genetika sahəsində çalışan bir qrup tədqiqatçının dünyanın genetik mənşəyi və dəri gəncliyi ilə bağlı müxtəlif ölkələrdən nümunələrlə işləyərək apardığı araşdırmada Defne Samyeliyi tədqiq etdikləri ortaya çıxdı. Türkiyədən önümüzdəki aylarda Pekinə getməyə hazırlaşan Defne Samyeli 4000 nəfərə dəri sağlamlığı və gözəlliyi mövzusunda konfrans verəcək…

İllərdir 20 yaşlarında görünən iki uşaq anası Defne Samyeli fit vəziyyəti ilə hətta Çinli tədqiqatçıları heyran edib.

Fit bədəni və illərə meydan oxuyan qüsursuz dərisi ilə gündəmə gələn Defne Samyelinin Çinin əhəmiyyətli universitetlərindən birində genetika ilə bağlı araşdırmalarını davam etdirən bir qrup tədqiqatçı tərəfindən araşdırıldığı öyrənilib.

Universitetin dəvəti ilə önümüzdəki aylarda Pekinə getməyə hazırlaşan Samyelinin həm genetika, həm də dəri gəncliyi ilə məşğul olan tədqiqatçılarla toplantıda görüşəcəyi, həm də dəri sağlamlığı və gözəlliyi mövzusunda təxminən 4000 nəfərlik konfrans keçirəcıyi gözlənilir. .

Murad Şahməmməd