“Mən efirlərə qaçmıram, müğənni də var ki, özü zəng edir ki, məni niyə qonaq çağırmırsız?”

“Mən efirlərə qaçmıram, müğənni də var ki, özü zəng edir ki, məni niyə qonaq çağırmırsız?”

9 Sentyabr 2023 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

“Bütün televiziyalar məni efirlərinə dəvət edir. Amma mən seçib gedirəm. Efirə qaçmıram. Efir əlbəttə ki, lazımdır, amma sənətkar gərək özünə hörmət də etsin. Müğənni var ki, özü zəng edib deyir ki, məni niyə verilişlərə çağırmırsan?! Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrimə də hər zaman deyirəm ki, birinci sənət üçün işləyin, daha sonra efirlərə can atın. Onlar peşəkarlaşandan sonra dəstək oluram, birlikdə efirlərə çıxırıq”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Simarə İmanova deyib. Sənətkar daha sonra müəllimini xatırlayıb.

“Xalq artisti Ağaxan Abdullayevdən dərs almışam. Əvəzolunmaz sənətkarımız olub. Ondan çox şeylər öyrənmişəm. Həmişə Ağaxan müəllimə rəhmət oxuyuram. Cavanlarımız, gənclərimiz var, amma sənətkarlarımızı əvəz edə bilmirlər. Bir sənətkarın yetişməsi uzun illər alır. Buna bəlkə də yüz illər, min illər lazımdır”,- deyə Xalq artisti bildirib.

Sənətkar sosial şəbəkələrdən uzaq düşdüyünü bildirib.

“Sosial şəbəkələrə vaxt ayırmağa zamanım olmur. Həm də həvəssizəm. Düşünürəm ki, vaxtımı ailəmə ayırsam daha yaxşı olar. Sənətçi üçün əlbəttə ki, müasir dövrdə sosial şəbəkələr önəmlidir. Zaman bunu tələb edir. Amma sosial şəbəkə də o deyil ki, kiməsə söz atasan, lazımsız nələrsə paylaşasan. Onu da səmərəli və faydalı istifadə etmək lazımdır. Mənim səhifələrimlə övladlarım məşğul olur”,- deyə xanəndə bildirib.

Xalq artisti oğlunu erkən nişanladığını da bildirib.

“Oğlum 18 yaşında nişanlanıb. Hələ gəlinim də, oğlum da təhsil alır. Nişan oldu, üzük taxdıq ki, qız bizimdir. Oğlum sevib, seçib. Mən də onun seçiminə hörmət edirəm. İnanın ki, ona gəlinim kimi yox, qızım kimi baxıram. İnşallah, toy da olacaq”,- deyə sənətkar bildirib.