Al Paçino onu məhkəməyə verən sevgilisi ilə barışdı

Al Paçino onu məhkəməyə verən sevgilisi ilə barışdı

23 Sentyabr 2023 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

83 yaşlı Hollivud ulduzu Al Paçinonun özündən 54 yaş kiçik prodüser sevgilisi Nur Əlfalla ayrılıq iddiaları öz təsdiqini tapmayıb.

Bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, cütlük üç ay əvvəl dünyaya gələn oğulları Romanın qəyyumluğu ilə bağlı razılığa gəliblər.

Bununla yanaşı, Nurun hansı səbəbdən məhkəməyə müraciət edərək oğlunun tam himayəsində olmasını tələb etdiyi məlum deyil.

Qeyd edək ki, iyunda Al Paçinonun 29 yaşlı Nurdan dördüncü övladının dünyaya gəldiyi deyilmişdi. Aktyor yaşı və səhhətindəki problemlərlə əlaqədar sevgilisindən DNT analizi tələb etmişdi. Buna razılıq verən Əlfalla testi vermiş və körpənin atasının Al Paçino olduğu üzə çıxmışdı.Axsam.az