Qeyri-adi geyimlərinin səbəbini açıqladı

Qeyri-adi geyimlərinin səbəbini açıqladı

23 Sentyabr 2023 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı məşhur aktrisa və model Culiya Foks hər zaman geyimləri ilə müzakirə olunan ulduzlar sırasında yer alıb.

Çılğın geyimləri ilə gündəmdən düşməyən model daha çox açıq-saçıqlığa üstünlük verir. ET kanalının jurnalistləri bunun səbəbini aktrisanın özündən soruşublar.

Culiya etiraf edib ki, geyimləri ilə bağlı ona yazılan mənfi rəylər onu təəccübləndirir:

"Bu geyimə görə problemlərim var. Mənə nifrət edənlər "Bu, qəbuledilməzdir. Siz pis nümunə göstərirsiniz" kimi sözlər yazırlar. Nə üçün? Bu, mənim bədənimdir. Bədənim çirkindir? Bədənim cinayətkardır? Bədənim sənin nəslini vurur?

Bədənim sənin nəslini vurur?

Kaş insanlar gündəlik həyatda necə geyindiyimi görə bilsəydilər. Mən sadə köynəklər, idman dəstləri, rep stilində t-shirtlər geyinirəm. Real həyatda görünüşüm çox sadədir".

Axşam.az