Qış hazırlıqlarına başlayan Gülben Ergen turşu hazırlayıb

Qış hazırlıqlarına başlayan Gülben Ergen turşu hazırlayıb

20 Sentyabr 2023 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gərgin konsert marafonu keçirən Gülben Ergen səhnədən sonra ayrıldığı vaxtı evinə və uşaqlarına həsr edir. Qış aylarında istehlak etmək üçün hazırlıqlara başlayan Gülben Ergen bu yaxınlarda hazırladığı turşunun reseptini paylaşıb.

Konsertlərindən sonra qalan vaxtını evdə uşaqları ilə keçirən Gülben Ergen qışda istehlak etmək üçün turşu və tərəvəz hazırlamağa başlayıb. “Məşhur olsan da qışa hazırlaşmalısan” deyən Ergen, hazırladığı turşuların bütün reseptləri izləyiciləri ilə bölüşməyi də unutmayıb.

Gündəlik həyatını 5,3 milyon izləyicisi olduğu İnstaqram hesabında paylaşan Gülben Ergen qışda istehlak etmək üçün qırmızı bibər, yaşıl lobya və kələm turşusu hazırlayıb. Sağlam qidalanmasına fikir verən Ergen bir müddət əvvəl qırmızı və ağ kələm qarışığından da hazırladığı turşu reseptini paylaşmışdı. Məşhur adın “Qoşa kələmli enerji turşusu” qeydi ilə paylaşdığı resept izləyicilərinin böyük marağına səbəb olub.

Murad Şahməmməd