"Harri Potter"in aktyoru tanınmaz hala  düşüb

"Harri Potter"in aktyoru tanınmaz hala düşüb

1 Oktyabr 2023 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Harri Potter" filminin məşhur ulduzu, Vinsent Krabbe rolunu canlandıran Ceymi Ueylet tanınmaz hala düşüb.

34 yaşlı aktyorun çəkildiyi sonuncu film "Harri Potter" olub. Amma onun həyatı digərləri kimi filmdən sonra daha da parıldamayıb. O, həbsxanaya düşüb. 2009-cu ildə çəkilişlər zamanı cəmi 20 yaşı olan aktyor narkotik istifadəsi və üzərində bıçaq daşıdığı üçün həbs edilib.

Ceymi hər şeyi etiraf edib və cəza olaraq 120 saat ictimai iş alıb. Təəssüf ki, bu təcrübə oğlana heç nə öyrətməyib. 2011-ci ildə Ueylett Londondakı iğtişaşlarda fəal iştirak edib. O,hədb olunub və iki il azadlıqdan məhrum edilib.

Həbsxanadan sonra Ceymi heç vaxt aktyorluq karyerasına qayıtmayıb. Bu yaxınlarda ulduzların pul müqabilində pərəstişkarları üçün fərdiləşdirilmiş video mesajlar yazdığı saytda Ceymi də olub. O, pərəstişkarlarını ad günü münasibətilə təbrik etməyə və ya 160 funt sterlinqə istənilən suala cavab verməyə hazır olduğunu bildirib.

Pərəstişkarları onun tanınmaz halda olduğunu yazıblar. Bir çoxları isə aktyoru tanımadıqlarını bildiriblər.

Axşam.az