Acun şiddət gördüyü üçün boşanan Şeymaya dəstək olacaq

Acun şiddət gördüyü üçün boşanan Şeymaya dəstək olacaq

8 Oktyabr 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli fenomen Şeyma Subaşı misirli həyat yoldaşı Mohammed Alsaloussidən boşanır.

Psixoloji şiddət gördüyü üçün məhkəməyə müraciət edən fenomenə keçmiş həyat yoldaşı Acun Ilıcalı da dəstək olacağını bildirib.

Məsələ ilə bağlı "Günaydın"ın yazarı Bülent Cankurt məlumat yayıb:

"Şeymanın yaxınlarından öyrəndim ki, ortada şiddət söhbəti var. Mohammed ona psikoloji şiddət tətbiq edib: Üzünə tüpürməkdən tutmuş ağıza alımayacaq təhqirlər söyləməyə qədər etmədiyini buraxmayıb. Şeyma da haqlı olaraq boşanmaq üçün müraciət edib. Bu mərhələdə çox çətin günlər yaşayan Şeymaya dəstək Acundan gəlib. O, 14 ay evli qaldığı eks-xanımına "Boşan, mən arxandayam" deyərək maddi və mənəvi dəstək verəcəyini bildirib".

Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. Axşam.az