Haqqında çıxan iddialardan sonra ilk dəfə görüntüləndi

Haqqında çıxan iddialardan sonra ilk dəfə görüntüləndi

15 Oktyabr 2023 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il sirroz olduğu ortaya çıxan və müalicədən imtina edən 63 yaşlı türkiyəli müğənni-aktrisa Harika Avcı uzun müddətdən sonra görüntülənib.

Aktrisa qaldığı səmtdə kameralara tuş gəlib. O, haqqında çıxan iddialara qısaca "Yaxşıyam" deyə, cavab verib.

Aktrisanın artıq 6 aydır evinin kirayəsini də ödəmədiyi bildirilib. Məsələ ilə bağlı ev sahibi açıqlamasında Harikadan xəbər ala bilmədikləri və ona nəsə olduğunu düşündükləri üçün polisə müraciət etdiklərini deyib. Qapı açılmadığı üçün evə baxış keçirtmək üçün icazə alınıb. Çilingər qapını açmağa çalışarkən isə aktrisa evinə icazəsiz girdikləri üçün onlara qəzəblənib.

"Polislər ona dedilər ki, sizdən xəbər ala bilmədiyinə görə ev sahibi yaşayıb-yaşamadığınız üçün narahat olub. O, isə cavabında "bu sizin probleminiz deyil" deyə, bildirib" deyə, ev sahibi söyləyib.

Axşam.az