"Eks-ərim məni vurdu, kor oldum" - Qalmaqallı aktrisa illər sonra danışdı

"Eks-ərim məni vurdu, kor oldum" - Qalmaqallı aktrisa illər sonra danışdı

29 Oktyabr 2023 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

1980-ci illərdə "Yeşilçam" filmlərində rol alan, bir zamanların məşhur türk aktrisası Deniz Akbulut uzun aradan sonra kameralara tuş gəlib.

"Habertürk"ə verdiyi müsahibəsində keçmiş həyat yoldaşından şiddət gördüyü üçün 36 yaşında görmə qabiliyyətini itirdiyini açıqlayıb:

"Ayrılmaq istəyəndə məni döydü. İçki içəndə başaqa birinə çevrilirdi. Bir gün yenə məni vurdu və ürəyim getdi. Daha sonra məni xəstəxanaya apardı. Orada "bu qadın vəfat edib, morqa aparın" dedilər. Eks-ərim ölə bilməz deyib məni başqa xəstəxanaya aparıb. 1 ay reanimasiyada qaldım. Həkimlər gözlərimin görə bilməyəcəyini dedi. Ürəyim dayandığı üçün beynimə oksigen getməyib və bu səbəbdən sinir sistemim zərər görüb.

Yaşadığım bu tragediya mənim ikinci dəfə dünyaya gəlişim oldu. Həmin hadisənin üstündən 27 il keçir. Ona görə də özümü 27 yaşımda görürəm.

Gözlərim üçün illərlə əlac axtardıq, amma olmadı. Çünki sinir nəqli yoxdur. Tibbdə buna çarə yoxdur".

Qeyd edək ki, Deniz Cüneyt Arkın, İbrahim Tatlıses ve Selami Şahin kimi adlarla kamera qarşısına keçib. O, açıqlamalarının birində Tatlısəsin ona təcavüz etmək istədiyini bildirmişdi.

Axşam.az