6 il eşq yaşayan Fatma Toptaş və Gürkan Topçu ayrılıb

6 il eşq yaşayan Fatma Toptaş və Gürkan Topçu ayrılıb

23 Oktyabr 2023 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

6 ildir sevgili olan aktrisa Fatma Toptaş ilə məşhur aşpaz Gürkan Topçu arasında münasibət bitib. 3 il əvvəl nişan mərasimi keçirən cütlük fikir ayrılıqları yaşamağa başlayınca yollarını ayırıb.

«Kiraz Mevsimi», «Səbətdə Aşk», «Həyat Davam edir», «Doktorlar və Çox Xüsusi Tim» kimi bir çox layihədə rol alan uğurlu aktrisa Fatma Toptaş 6 ildir ki, məşhur aşpaz Gürkan Topçu ilə sevgilidir. 3 il əvvəl nişanlanan cütlük fikir ayrılıqları başladıqdan sonra ayrılmaq qərarına gəlib.

Jurnalist Birsen Altuntaşın xəbərinə görə, toy planı quran aktrisa Fatma Toptaş və Gürkan Topçudan bəd xəbər gəlib. 3 il əvvəl nişanlanan və tez-tez sosial media hesablarında romantik fotolarını yayımlayan cütlük fikir ayrılıqları səbəbindən sakit şəkildə ayrılıb. Hazırda ikili İnstaqramda bir-birini izləməyi dayandırıb.

Murad Şahməmməd