Kim Kardaşyan zərgərlik brendi ilə əməkdaşlığa imza atıb

Kim Kardaşyan zərgərlik brendi ilə əməkdaşlığa imza atıb

7 Noyabr 2023 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Dırnaqarası sosial media fenomeni Kim Kardaşyan qurduğu «Skims» brendi üçün kamera qarşısına keçib. «Skims» və zərgərlik markası «Svarovski» arasında parlaq əməkdaşlıq sosial mediada trend mövzuya çevrilib. Məşhur dırnaqarası ulduz Kim Kardaşyan həm də digər brendlərlə işbirliyi etməyə davam edir. Bədəni formalaşdıran korset markası «Skims»-in sahibi olan Kardaşyan zərgərlik brendi «Svarovski» ilə demək olar ki, birləşib.

«Swarovski» daşları ilə bəzədilmiş geyimlər və «Svarovski» imzasını daşıyan bədənində zinət əşyaları son dövrün ən diqqət çəkən dizaynlarına çevrilib.

43 yaşlı Kardaşyan deyib: "Biz yaradıcılığı qeyd etmək və gündəlik geyimə bir az daha cazibədarlıq əlavə etmək istəyirik".

«The Svarovski x SKIMS» adlı kolleksiya artıq noyabrın 2-də Nyu Yorkda satışa çıxarılıb. Çəkdirdiyi şəkillərdə fərqli bədən tipləri ön plana çıxır. Kolleksiyaya bədəni oxşayan kostyumlar, kristal örtüklü alt paltarlar və bəzəklər də daxildir.

Oxuməni.az