Aktrisa tikinti şirkətinin 10 milyonluq təklifini rədd edib

Aktrisa tikinti şirkətinin 10 milyonluq təklifini rədd edib

16 Noyabr 2023 06:35
Bəyəndim (0) Bəyənmədim (0)

Usta aktrisa Nebahat Çehre tikinti şirkətinin 10 milyon TL və 1 mənzil reklam təklifini rədd edib. Kahramanmaraş mərkəzli zəlzələdə evlərin yıxılmasından çox təsirləndiyini ifadə edən Çehre, "Son zəlzələdə yüzlərlə ev minlərlə insanın məzarına çevrildi. Ya reklam etdiyim evlər də uçsa? Mən viran olaram" deyə bildirib.

Aşk-ı Memnu serialındakı Firdevs obrazı ilə geniş pərəstişkar kütləsi qazanan usta aktrisa Nebahat Çehre 2024-cü ildə satışa çıxarılması planlaşdırılan evlərin reklam siması olmaq üçün bir inşaat şirkətindən təklif alıb. Lakin usta sənətkar zəlzələ zamanı evlərin insanlar üçün məzarlığa çevrilməsindən çox təsirləndiyi üçün 10 milyon TL və saytda ev təklif edən reklam müqaviləsini rədd edib.

Kahramanmaraşda baş verən və 11 vilayətdə minlərlə insanın ölümünə səbəb olan zəlzələdən çox təsirlənən aktrisa mövzu ilə bağlı açıqlama verərkən, "Son zəlzələdə yüzlərlə ev minlərlə insanın məzarına çevrildi. Ya reklam etdiyim evlər də uçsa? Mən viran olaram. Pul hər şey deyil" deyə sözlərinə əlavələr edib.

Oxuməni.az