Metin Uca 62 yaşında dünyasını dəyişib

Metin Uca 62 yaşında dünyasını dəyişib

17 Noyabr 2023 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Televiziya proqramçısı, teatr aktyoru və aparıcı Metin Uca müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun meneceri Kübra Kalem Baykara sosial media hesabından paylaşdığı mesajda "Metin Tipimizi itirdik" deyib.

Yol qəzasından sonra reanimasiyaya yerləşdirilən 62 yaşlı Metin Ucanın səhhətinin yaxşılaşdığı açıqlanmışdı.

Lakin məşhur aparıcının noyabrın 15-i səhər saatlarında təcili əməliyyat olunduğu və ağırlaşmalara görə intubasiya edildiyi açıqlanıb.

Xatırladaq ki, Metin Ucanın noyabrın 3-də avtomobil idarə edərkən qəza törətdiyi açıqlanmışdı.

1961-ci ildə İstanbulda anadan olan Uca uzun illər müxtəlif televiziya kanallarında orijinal səhər proqramları və yarışma proqramları təqdim edib.

Oxməni.az