Eminin dünya ulduzları ilə işbirliyi - VİDEO

Eminin dünya ulduzları ilə işbirliyi - VİDEO

19 Noyabr 2023 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Emin Ağalarov əfsanəvi dünya ulduzu Elvis Preslinin yaradıcılığından ilhamlanaraq hazırladığı "Now or never" (İndi və ya heç vaxt) adlı albomunun anonsunu təqdim edib.

Axşam.az xəbər verir ki, 16 Qremmi mükafatçısı Devid Fosterin prodüserliyi ilə hazırlanan albom 12 yenidən işlənmiş klassik kompozisiyadan ibarət olacaq.

Alboma Eminin dünyaca məşhur pop müğənnilər Nikol Şerzinger, Katarina Makfi və Engelbert Humperdink ilə oxuduğu 3 duet də daxil olunacaq. Albom 9 fevral 2024-cü ildə dinləyicilərin ixtiyarına veriləcək.

“Musiqi karyerama Elvisi dinləmək və onun kimi musiqi ərsəyə gətirməyi öyrənməklə başladım. Bu albom mənim gerçəkləşən ən əziz arzumdur. 10 il əvvəl David Fosterlə tanış oldum və bu görüş mənim fikirlərimi çox dəyişdi. Sankt-Peterburqun Saray Meydanındakı birgə konsertimizdən və orada da Elvis Preslinin bir neçə mahnısını ifa etdikdən sonra əməkdaşlığımızı davam etdirməyin gözəl olacağını düşündüm. Bütün bu illərdən sonra biz Elvisin bir neçə möhtəşəm mahnısını seçərək bu heyrətamiz albomu yaratdıq. Davidin toxunduğu hər şey qiymətsiz və daha yaxşı olur. Bu albomda da belədir – bütün musiqi karyeramda etdiyim ən yaxşı işdir” deyə, E.Ağalarov bildirib.

Ağalarov albomda yer alan "Blue Christmas", "Now or never" mahnılarını sinql şəklində də təqdim edib.

"Albom sürprizlər və xatirələrlə doludur - hamısı Eminin yaradıcılığının ən yaxşı ənənələrindəndir. Mən əldə etdiyimiz zirvələrlə fəxr edirəm və dünyanın bu albomu eşitməsini səbirsizliklə gözləyirəm” deyə, David Foster vurğulayıb.

Oxuməni.az