"Şou-biznesdəkilər bir-birinə nifrət edir"

"Şou-biznesdəkilər bir-birinə nifrət edir"

15 Dekabr 2023 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Lətifə Soyuöz şou-biznesdəki qalmaqallardan bəhs edib.

Sənətçi sənət aləmindəkilərin bir-birinə nifrət etdiyini deyib.

"Neçə gündür şou-biznesdəki söz-söhbətlərə baxıram. Bir-birinə bu qədər nifrət... Deyirəm ki, niyə hər kəs bir-birinə iynə atmaqla məşğuldur? Niyə bir-birinə qarşı bu qədər nifrət var? Etməyin... Hamımız bir ölkənin vətəndaşıyıq, hamımız bir-birimizə bağlı olmalıyıq. Niyə bu qədər bir-birinizə nifrət edirsiniz?" deyə, Lətifə bildirib.

Oxuməni.az