DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

23 Dekabr 2023 17:49
Bəyəndim (2) Bəyənmədim (0)

Hər bir kəsin ömür yolunda, həyat təqvimində özəl və xüsusi bir günü olur ki, o günün də qəhrəmanı elə həmin şəxsin özü olur. Bu özəl gün məhz insanın anadan olduğu gün, doğum günüdür. Dinindən və mənsubiyyətindən asılı olmayaraq bir çox mədəniyyətlərdə insanlar doğum gününü xüsusi olaraq qeyd edirlər.

Bu gün, 23 dekabr 2023-cü il tarixində Respublikanın Xalq artisti, səhnəmizin nazlı pərisi, sevimli və populyar müğənni Nazpəri Dostəliyevanın ad günüdür.

Həyat sürprizlərlə doludur. Bəzən zərurətdən təsadüflər yaranır. Məhz bu zərurətlərdən biri də bu günə təsadüf edib. Belə ki, uşaqlıqdan Nazpəri xanımın fanatıki olan, sonradan, çox illər öncə onunla bir səhnədə yer alaraq birlikdə oxuyan gənc bəstəkar və müğənni Arif Səlimovun da doğum günüdür. Arif Səlimov gözəl müğənnimiz Nazpəri Dostəliyevanın doğum gününə özəl hədiyyə olaraq 20 il müddətində Oxu Məni qəzetində ayrı-ayrı vaxtlarda və illərdə Nazpəri Dostəliyevanın haqqında gedən yazılarla bağlı qəzetin bütün buraxılış nömrələrini yığaraq toplum halında Nazpəri xanıma təhvil verib.

Biz də Oxu məni.az saytı olaraq hər iki sənətçiyə, sevimli müğənnimiz Nazpəri Dostəliyevanı və bəstəkar-müğənni Arif Səlimovu təbrik edir, onlara yaradıcılıqlarında daim uğurlar, ömür yollarında cansağlığı arzulayırıq.

Ad gününüz mübarək olsun!

Hazırladı: İsa Rəvan