Ronaldinyo Azərbaycanda
Futbol üzrə Braziliya milli komandasının və İspaniyanın “Barselona” klubunun sabiq hücumçusu Ronaldinyo Qauço BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.
Bu barədə keçmiş futbolçunun özü İnstaqram səhifəsində məlumat verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Digər xəbərlər