Bakıda Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib
Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo)
təşkilatçılığı ilə Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Gürcüstan arasında mövcud iqtisadi-ticarət əlaqələrindən danışıb və qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələr üzrə sazişlər imzalanıb.
N. Səfərov həmçinin Azərbaycanda əlverişli biznes və
investisiya mühitinin yaradıldığını, özəl sektorun sürətlə inkişaf etdiyini
vurğulayıb.
Öz növbəsində təqdimatla çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya bildirib ki, Azərbaycan Gürcüstanın həm siyasi, həm də iqtisadi tərəfdaşıdır. O, "Ümid edirəm ki, ölkələr arasında mövcud əlaqələr bir qədər də dərinləşəcək" deyib.