Quba soyqırımı məzarlığında təhlükəli vəziyyət

Quba soyqırımı məzarlığında təhlükəli vəziyyət

31 May 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Quba soyqırımı məzarlığında son günlər yağan güclü leysan yağışları nəticəsində təhlükəli vəziyyət yaradıb. Leysan yağışları kütləvi məzarlığı şərq hissəsində 1 metrdən çox ərazini tamamilə yuyub. Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin verdiyi məlumata görə, yuyulmanın geniş ərazini əhatə etməsinin qarşısı alınıb. Buna baxmayaraq, məzarlığın qazıntı işləri aparılmamış böyük bir ərazisi uçmaq təhlükəsi ilə üzləşib. Q. Ağayev onu da əlavə etdi ki, artıq məzarlıqdakı sümüklərdən çatlar əmələ gəlib. Məzarlıqda olan bütün sümüklərin təcili olaraq dərmanlanmasına ehtiyac var.

Yağış hətta tarixi də yuyub aparmaq istəyib.

Tofiq Əliyev

O.M.