Xalq artisti xəstəxanaya yerləşdirildi
"Nuriyyə xanımı müayinə edən nevrocərrah onun əməliyyat etdirilməyəcəyini dedi".
Bu barədə xalq artistinin oğlu Faiq məlumat verib. O bildirib ki, Nuriyyə Əhmədovanın bel sümüyü sındığına görə bir müddət gipsdə qalacaq
--------------------------------
3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın bel sümüyü sınıb. Bu barədə xəstənin həkimi Nailə Əsgərova ANS-ə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, hazırda xalq artistini nevrocərrah müayinə edir. Müayinədən sonra məlum olacaq ki, Nuriyyə Əhmədova əməliyyat etdirilməlidir ya yox.
"Hazırda Nuriyyə Əhmədova danışa bilir. Lakin şiddətli ağrıları var. Ona ağrıkəsici vurmuşuq. Xəsarətləri ciddidir. Həkimlər hazırda ona yardım edirlər. İnşallah, hər şey yaxşı olacaq".
-----------------------------------
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib. Məlumata görə, aktrisa sərnişin avtobusundan düşmək istəyərkən yıxılıb və bərk əzilib. Onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. O, reanimasiya şöbəsində həkim nəzarətindədir.
Xəstəxanadan verilən məlumata görə, Nuriyyə Əhmədova "Xalqlar Dostluğu" metrosu yaxınlığında 11 saylı sərnişin avtobusundan düşmək istəyərkən qəfil müvazinətini itirib və yıxılıb.
Deyilənlərə görə, hadisə avtobus sürücüsünün qəfil əyləc sisteminə basması nəticəsində baş verib. Nəticədə xalq artisti bel və çanaq nahiyəsindən zədə alıb.
Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar.
































.jpg)










.jpg)




























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)












