İcra Hakimiyyətinin sabiq əməkdaşına hökm oxunub

İcra Hakimiyyətinin sabiq əməkdaşına hökm oxunub

7 Aprel 2014 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə sabiq nümayəndəsi Nazim Dadaşovun məhkəmə prosesi başa çatıb. Məlumatna görə, məhkəmənin hökmü ilə N. Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Dadaşov torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində vətəndaşdan rüşvət alarkən həbs edilib.