Qadın alverçisinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Umu Quliyevanın məhkəməsi başa çatıb.
Əvvəllər məhkum olunmuş Umu Quliyevanın gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Umu Quliyeva həbs edilib. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, qadınları öz razılıqları ilə Dubaya aparıb. Məhkəmənin hökmü ilə Umu Quliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

































.jpg)
























.jpg)










.jpg)






















