Daha bir magistral yolu bağlanacaq

Daha bir magistral yolu bağlanacaq

24 Aprel 2014 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində 3 aşınma layının qoyulması ilə əlaqədar yolun 48-ci km-dən 56 km-ə qədər hissəsi bağlanacaq.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun qeyd edilən hissəsi aprelin 25-dən 28-ə kimi bağlı qalacaq. "Magistral yolda alternativ yolu göstərən yol nişanları da qoyulacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur", - deyə o qeyd edib./apa/

Mediainfo.az