Ölkədə bağırsaq infeksiyasına yoluxma halları qeydə alınmayıb

Ölkədə bağırsaq infeksiyasına yoluxma halları qeydə alınmayıb

9 İyun 2011 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi vətəndaşları bağırsaq çöpləri ilə bağlı hər hansı şübhəli hal olarsa, tibb müəssisələrinə müraciət etməyə çağırır. Bu barədə Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov öz açıqlamasında bildirib. V. Qasımov bağırsaq infeksiyası əlamətləri üzrə müraciətlərin hələ ki, olmadığını və vəziyyətin sabit olduğunu qeyd edib.

Səhiyyə Nazirliyinin nümayəndəsi ictimaiyyəti ümumi gigiyena normalarına riayət etməyə və profilaktika aparmağa çağırıb. "İnfeksiyanın yayılmasına heç bir imkan verməmək üçün əlləri və qida üçün istifadə edilən meyvə və tərəvəzləri təmiz yumaq lazımdır. Əgər kimsə özünü pis hiss etsə, təcili surətdə lazımi prosedurlardan keçmək və digər şəxslərin yoluxmasının qarşısını almaq üçün həkimə müraciət etməlidir", - deyə V.Qasımov bildirib.

Tofiq Əliyev

O.M.