
Bu gün ölkənin fövqəladə vəziyyəti haqda
*** Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 1500 kq ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; *** Ağdaş rayonu, Pirəcə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; *** Lənkəran şəhərində ikimərtəbəli binanın 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 24 kv.m olan mağazanın yanar konstruksiyaları və əşyalar yanmışdır. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; *** Abşeron rayonu, Xırdalan şəhərində "Ford" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Günel Həbib