Son dəqiqə: Bakıda yaşayış binası yanır

Son dəqiqə: Bakıda yaşayış binası yanır

11 Avqust 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayış binası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Mediainfo.az