
Ağdamda “Mercedes” yoldan çıxaraq aşıb
Ağdam rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Quzanlı qəsəbəsi yaxınlığında Kürdlər kənd sakini, 1985-ci il təvəllüdlü İsgəndərov Elzamin Vahid oğlunun idarə etdiyi "Mercedes 190" yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişin Talıbov Nicat Hikmət oğlu yaralanıb. Digər sərnişin - N.Talıbovun bacısı, 24 yaşlı Billurə isə dünyasını dəyişib. Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Aşan maşın bir ailənin həyatını alt-üst etdi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər