Qəzada 2 nəfər yaralandı

Qəzada 2 nəfər yaralandı

27 Oktyabr 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədə ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun 16-cı km-də, Bərdənin Saatlı kəndi ərazisində baş verib. Qəza zamanı VAZ 21099 markalı avtomobillə Mercedess markalı maşın toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılardan biri sürücü, digəri isə sərnişindir. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Polis hadisə yerində araşdırma aparır.

Mediainfo.az