WikiLeaks yaradıcısı Britaniya hökumətini lazımsız adlandırdı
London, 09 aprel, saat 22:48 - O.M.
İngiltərənin The Guardian qəzetinin səhər məlumatında yazılır:
WikiLeaks hər dörd ildə böyük biznesdən pul axtarışı ilə seçkiyə qatılan hökumət üzvlərindən daha vacibdir. Bu fikri saytın qurucusu Culian Assanj açıqlamasında bildirib. O deyib: "WikiLeaks-in maliyyəsi daha şəffafdır, nəinki demokratik yolla seçilən nazirlər kabinetinin. Çünki biz ictimaiyyətdən könüllü ianələr toplayırıq... Əgər donorlarımız bizə etibar etməsələr və dəstək olmasalar, biz fəaliyyətimizi davam etdirməzdik. "
Assanj 700 nəfərlik auditoriya qarşısında bir neçə misal çəkərək qeyd etdi ki,
əgər Vyetnamda və ya İraqda törədilmiş fəlakətlər zamanında cəsarətlə etiraf
olunsaydı, saysız-hesabsız günahsız qanların qarşısı alınardı.
"Bizim Hindistanla bağlı 21 səhifəlik məxfi məlumatımız yayılmasaydı, bu
gün həmin ölkədə korrupsiyaya qarşı mübarizə güclənməzdi", - deyə Assanj
sözlərinə əlavə etdi. .
Sosial həmrəylik mərkəzinin direktoru Duqlas Mürreyin, "Sizə kim haqq
verib ki, nəyin bilinib bilinməməyinə qərar verəsiniz? Hökumət üzvləri
seçilirlər, siz isə yox, cənab Assanj" atmacasına WikiLeaks qurucusu
maraqlı bir cavab verdi: "bizi məhkəməyə vermək istəyənlərin sayı çoxdur.
Siz də bu cərgəyə qoşula bilərsiniz."
Tədbirdə Assanj bir çox sualları cavabsız qoymalı oldu. Belə ki, həbsdən girov qarşılığında zaminə buraxıldığı üçün ona qarşı komendant saatı tətbiq olunurdu və o çox ləngiyə bilməzdi.
Müəllifdən: Bu ilin dekabrında zorlama iddiası ilə tutulduqdan sonra ilk dəfə geniş
ictimaiyyət qarşısına çıxan Assanj görünür, öz taleyini zorlamaqdan çəkinmir. Əgər
belə olmasaydı, "WikiLeaks"ə istinadən "Guardian"da gedən
məlumatın yanlış olduğu üzə çıxdıqdan sonra bu qəzeti məhkəməyə verərdi.
Natiq Qocaman
O.M.