Abşeronda ölümlə nəticələnən qəza

Abşeronda ölümlə nəticələnən qəza

26 Avqust 2015 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Elnur Əhmədovun idarə etdiyi "Tatra" və Sumqayıt şəhər sakini Elnur Həşimovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.

Nəticədə Elnur Həşimovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İbrahim Hacılı orada ölüb.

Mediainfo.az