
Nizami məqbərəsinin yaxınlığında ağır yol qəzası
Gəncə-Yevlax yolunun 1-ci kilometrliyində, Nizami məqbərəsinin yaxınlığında ağır yol qəzası baş verib. Saleh Hüseynovun idarə etdiyi "Mersedes" markalı 10-VC-358 dövlət nömrə nişanlı avtomobil Yevlax istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına çıxaraq hasara çırpılıb. Qəza nəticəsində sürücü Saleh Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla əlaqədar araşdırma aparılır.
İdarəetməni itirmək, hərdən həyatı da itirməyə səbəb olur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər