Penitensiar Xidmətin 230-dan çox əməkdaşı xidmətdən xaric olunub

Penitensiar Xidmətin 230-dan çox əməkdaşı xidmətdən xaric olunub

10 Oktyabr 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 10 ayı ərzində Penitensiar Xidmətin 230-dan çox əməkdaşı müəyyən səbəblərə görə xidmətdən azad olunub. Bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.

M. Quliyev qeyd edib ki, onlardan 30 faizə yaxını xidmətdə yol verilən qüsurlara görə xaric edilənlərdir.

M. Quliyevin sözlərinə görə, xidmətdən azad olunanlar arasında Cəzaçəkmə Müəssisələrinə narkotik vasitələrin keçirilməsində iştirak edən PX əməkdaşları da olub: "Bizdə məlumatlar vardı ki, Penitensiar Xidmətin əməkdaşları arasında da Cəzaçəkmə Müəssisələrinə narkotik vasitələrin ötürülməsində əli olanlar var. Bu məlumatlar yoxlanıldı və müəyyən faktlar aşkarlandı. Bu işdə iştirakı olan əməkdaşlar xidmətdən azad olundu".

Artıq tamah baş yardı.

Fərid Qurbanov

O.M.