Qarabağ istiqamətində atəşkəs pozuldu
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 6-da saat 11.00-dan 11.20-dək Ağdam rayonunun Mərzili və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 7-də saat 00.30-dan 01.10-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər