Xətaidə və Xaçmazda yanğın olub
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 95 m² olan mənzilin eyvanında ev əşyaları 9 m² sahədə yanıb.
Oxuməni.az-ın verdiyiu xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Xaçmaz rayonunun Hacıbəyli kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdaki ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər