Ürək xəstəliklərindən ölüm riskini 39% azaltmağın sadə yolu açıqlanıb

Ürək xəstəliklərindən ölüm riskini 39% azaltmağın sadə yolu açıqlanıb

12:12
Bəyəndim (1) Bəyənmədim (0)

Sadə bir fiziki aktivlik ürək üçün böyük fayda verə bilər. Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, pilləkənlərlə mütəmadi olaraq qalxmaq sağlamlıq risklərini ciddi şəkildə azaldır.

Araşdırma göstərib ki, lift əvəzinə pilləkənlərə üstünlük verənlərdə ürək-damar xəstəliklərindən ölüm riski 39%, istənilən səbəbdən ölüm riski isə 24% aşağıdır. Oxuməni. az xəbər verir ki, elmi iş "American Journal of Cardiovascular Drugs" jurnalında dərc olunub.

Nəticələr doqquz tədqiqatdan əldə edilən və təxminən 480 min insanın məlumatlarının təhlili əsasında çıxarılıb. Orta müşahidə müddəti 14 il təşkil edib. Bundan əlavə, pilləkənlərlə qalxmaq infarkt, insult və ürək çatışmazlığı ehtimalını da azaldır.

Norviç Tibb Məktəbinin professoru Vasilios Vasiliu qeyd edib: "Bu, gündəlik həyata fiziki aktivliyi daxil etməyin praktik və çox vaxt nəzərdən qaçırılan bir yoludur".

Almaz Həsənli