Bağırsağın iltihabdan uzunmüddətli qorunmasını “işə salmağın” sadə yolu açıqlanıb

Bağırsağın iltihabdan uzunmüddətli qorunmasını “işə salmağın” sadə yolu açıqlanıb

13:12
Bəyəndim (1) Bəyənmədim (0)

Alimlər müəyyən ediblər ki, bağırsaq bakteriyalarının lifləri həzm edərkən əmələ gətirdiyi maddə olan butirat bağırsaq hüceyrələrini uzun müddət “yenidən proqramlaşdırır” və onun qəbulu dayandırıldıqdan sonra belə iltihabəleyhinə vəziyyəti qoruyur. Bu, iltihablı bağırsaq xəstəliklərindən qorunmağa kömək edə bilər. Oxuməni az xəbər verir ki, tədqiqat Nature Communications (NatCom) jurnalında dərc olunub.

Butirat bakteriyaların qida liflərini parçalaması zamanı əmələ gəlir. Alimlər müəyyən ediblər ki, o, birbaşa immun hüceyrələrinə deyil, bağırsağın daxili səthini örtən epitel hüceyrələri vasitəsilə təsir göstərir. Bunun səbəbi butiratın sürətlə sorulması və emal edilməsidir. Buna cavab olaraq immun hüceyrələri daha uzun müddət iltihabəleyhinə molekul olan interleykin-10 ifraz edir.

Əsas müşahidə ondan ibarət olub ki, butiratın qoruyucu təsiri onun qəbulu dayandırıldıqdan sonra da davam edib. Bu, bağırsaq hüceyrələrində davamlı epigenetik dəyişikliklərin baş verdiyini və hüceyrələrin faydalı maddəni bir növ “xatırladığını” göstərir.

Təcrübələrdə butirat qəbul edən siçanlar süni şəkildə yaradılmış kolit zamanı daha az çəki itirib və onlarda iltihab göstəricilərinin səviyyəsi daha aşağı olub. Maraqlıdır ki, bu təsir mikrofloradan tamamilə məhrum olan steril siçanlarda da müşahidə edilib. Yəni qoruyucu effektin yaranması üçün bakteriyaların daim stimullaşdırıcı təsir göstərməsi tələb olunmur.

Alimlərin sözlərinə görə, lifin bağırsaq immunitetini necə “tənzimlədiyini” dəqiq başa düşmək gələcəkdə xroniki iltihabi xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər. Bu, qida liflərinin rasiondakı rolunu bir daha vurğulayır: məhz liflərdən bağırsaq bakteriyaları faydalı butirat istehsal edir.

Almaz Həsənli