ABŞ Fələstin dövlətini tanımayacaq

ABŞ Fələstin dövlətini tanımayacaq

22 Aprel 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İsrailin tanımayacağı bir Fələstin dövlətini heç zaman tanımayacağını bildirib. ABŞ-dakı yəhudi lobbisinin təzyiqləri nəticəsində Vaşinqton dünən İsraillə sülh razılaşması əldə etməmiş Fələstin dövlətini tanımayacağını rəsmi olaraq açıqlayıb. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Töner İsraillə sülh razılaşması olmadan belə bir şeyin gündəmdə olmadığını deyib: "Vaşinqton bu fikrin yaxşı və təsirli bir fikir olduğuna inanmır. ABŞ müzakirələrin yenidən başlanması üçün hər iki tərəfi təşviq etməlidir".


Qeyd edək ki, Fələstin Muxtariyyəti ilə İsrail arasında keçən ilin sentyabr ayında başlayan birbaşa danışıqlar bir neçə həftə sonra nəticəsiz başa çatıb. Buna səbəb isə İsrailin Qəzzada yəhudi yaşayış məskənlərinin inşasını dayandırmamağıdır.


ABŞ yenə də bir əldə iki qarpız tutmağa çalışır. Lakin qarpızlar böyüdükdən sonra mütləq əlindən düşəcək...


Elvin Babayev


O.M.