Tanınmış qadın jurnalist 4,9 il həbsdə yatmalı olacaq
Monqolustan məhkəməsi cümə günü tanınmış jurnalisti beş ilə yaxın həbs cəzasına məhkum edib, yerli analitiklər və jurnalistlərin fikrincə, bu, ölkə mediası üçün narahatlıq doğuran hadisədir.
Qapalı keçirilən məhkəmə iclasında məhkəmə xanım Onortsetseg Naranı yalan məlumat yaymaqda, vergidən yayınmaqda, çirkli pulların yuyulmasında, şəxsi sirri açıqlamaqda və dövlət sirrini qanunsuz əldə etməkdə təqsirli bilib. Günahını inkar edən Onortsetseq 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Zarig xəbər saytının baş redaktoru Onortsetseg ilk dəfə 2023-cü ilin dekabrında yalan məlumat yaymaq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Sonradan daha ağır ittihamlar əlavə olundu, lakin fevralda jurnalist ev dustaqlığına buraxıldı. Onun hökmdən apellyasiya şikayəti vermək imkanı olacaq.
Oxuməni.az