ABŞ İrana qarşı əməliyyata 42 milyard dollar xərcləyib

ABŞ İrana qarşı əməliyyata 42 milyard dollar xərcləyib

10:23
Bəyəndim (1) Bəyənmədim (0)


Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyata 42 milyard dollardan çox vəsait ayırıb. Oxuməni.az xəbər verir ki, bu, Iran War Cost Tracker (IWCT) portalının hesablamalarından irəli gəlir.
Qeyd olunur ki, Yaxın Şərqdə döyüş əməliyyatları demək olar ki, 37 sutkadır davam edir. Xərclənən vəsaitin hesablanması 10 mart tarixli Pentaqonun hesabatı əsasında real vaxt rejimində aparılır. Həmin sənəddə qeyd olunurdu ki, əməliyyatın ilk altı günü ərzində ABŞ 11,3 milyard dollar xərcləyib.
Həmçinin, departament davam edən münaqişə çərçivəsində illik 1 milyard dollar xərcləməyi planlaşdırırdı.
Xatırladaq ki, martın ortalarında "The Washington Post" qəzeti mənbələrə istinadən yazmışdı ki, Pentaqon ABŞ Konqresindən İrana qarşı əməliyyatın davamı üçün 200 milyard dollar ayırmağı xahiş edib. Bu məbləğin bir hissəsini departament ən vacib silahların istehsalının dərhal artırılmasına yönəltməyi nəzərdə tutub.
Almaz Həsənli