İranlılar elektrik stansiyaları ətrafında "insan sipərləri" yaradacaqlar
İranlılar ABŞ-ın mülki infrastrukturlara hücumlarına hazırlaşırlar. Bu şəkildə İran vətəndaşları mülki infrastrukturlara hücumların müharibə cinayəti olduğunu bəyan etməyə çalışırlar.
İranda ABŞ prezidenti Donald Trampın ABŞ-ın Hörmüz boğazını açmadığı təqdirdə İran infrastrukturunu bombalayacağı ilə hədələməsindən sonra gənclər ölkənin elektrik stansiyaları ətrafında "insan sipəri" yaratmağa çağırılıb. CNN bu barədə 7 aprel çərşənbə axşamı məlumat verib.
"Bütün gənclər, mədəniyyət və incəsənət nümayəndələrini, idmançıları və çempionları "İran Gənclərinin Parlaq Gələcək Üçün İnsan Sipəri" ümummilli kampaniyasına qoşulmağa dəvət edirəm", - deyə Gənclər və İdman Nazirinin müavini Əlirza Rəhimi sosial mediada yazıb.
Onun sözlərinə görə, çərşənbə axşamı yerli vaxtla saat 14:00-da dinindən və inancından asılı olmayaraq, iranlılar ölkə daxilində elektrik stansiyalarında çiyin-çiyinə dayanaraq ictimai infrastruktura hücumların müharibə cinayəti olduğunu bəyan edəcəklər.
Xatırladaq ki, Tramp Hörmüz boğazını açmaq ultimatumu yerinə yetirilməsə, ABŞ-ın İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıdacağını bildirib. Son tarix 7 aprel saat 20:00-dır (8 aprel Bakı vaxtı ilə saat 03:00).
Amerika lideri bildirib ki, ABŞ-ın mülki infrastruktura bu cür zərbələrinin hərbi əməliyyatlar kimi təsnif edilə biləcəyindən narahat deyil.
Əziz MUSTAFA




















































































